Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən zəvvarın itkin düşməsi barədə Qafqaz Müsəlmanları İdarəsinə müraciət daxil olmayıb.
Bu barədə Oxu.Az-a açıqlamasında QMİ-nin Xarici əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Nəcəfov bildirib.
QMİ rəsmisi qeyd edib ki, bu barədə idarədə heç bir məlumat yoxdur:
“Özəl şirkətlər aparıblar. Onlardan Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən zəvvarın yoxa çıxması barədə QMİ-yə müraciət daxil olmayıb”.
Qeyd edək ki, A24.az saytının məlumatına görə, Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən bir zəvvar yoxa çıxıb. Belə ki, Masallı rayon sakini, 1998-ci il təvəllüdlü Fətullayev Hüseyn İltimas oğlu azərbaycanlılardan ibarət zəvvar qrupundan ayrılaraq itkin düşüb.
Məlumata görə, əqli qüsurlu H.Fətullayev gecə saatlarında qrupdan ayrılaraq istiqaməti itirib.
İlhamə Əbülfət
www.oxu.az