Dağlıq Qarabağ münaqişəsinə cəlb olunmuş ölkələr arasında sosial sorğuların nəticələri göstərdi ki, Ermənistandan fərqli olaraq, Azərbaycanda əhalinin böyük əksəriyyəti münaqişənin dinc yolla həllinə inanmırlar.
Qafqaz Resurs Araşdırma Mərkəzinin 2009, 2011 və 2012-ci illərdə Azərbaycan, Ermənistan və Gürcüstanda apardığı “Qafqaz barometri” sorğusunun nəticələri belədir.
Bu barədə Mərkəzin rəhbəri Gürsel Əliyev cümə günü keçirilən, Avropa İttifaqı və Azərbaycan arasındakı münasibətlərə həsr olunmuş konfransda bildirib. Tədqiqat həmçinin göstərib ki, Ermənistanda olduğu kimi Azərbaycanda da insanlar münaqişənin nə qədər tez həll oluna biləcəyini təsəvvür etmirlər.
G.Əliyevin sözlərinə görə, Azərbaycanda daha nikbin nəticələr alınıb: rəyi soruşulanların 1/4 –ü güman edir ki, münaqişə qarşıdakı 2-5 ildə həllini tapa bilər. Hər iki ölkədə rəyi soruşulanların əksəriyyəti Rusiyanın münaqişənin nizamlanması prosesinə daha fəal cəlb olunmasının zəruri olduğunu düşünürlər.
Bundan başqa, Azərbaycanda əhalinin böyük əksəriyyəti Türkiyəni də vasitəsi qismində görmək istəyir.
www.1news.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin