"Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) yeni rəsi Nəriman Mahmudov təyin edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq "Azərişıq" ASC-dən bildirilib.
Bu vəzifəyə təyin olunanadək N.Mahmudov qurumun Şimal-Qərb RETSİ-nin rəisi olub.
"Azərişıq" ASC-nin Naxçıvan idarəsinin rəisi və şöbə müdiri də vəzifədən azad edilib.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı ASC-nin sədri Vüqar Əhmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nemət Qasımov tutduğu vəzifədən azad olunub.
Qeyd edək ki, N.Qasımov bu vəzifəyə ötən ilin may ayında təyin olunub.
Eyni zamanda, "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) satış şöbəsinin rəisi Emil Əkbərli də tutduğu vəzifədən azad edilib.
"Azərişıq" ASC-nin Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Həbib Əzizov vəzifəsindən azad edilib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, müvafiq qərarla onun yerinə "Azərişığ"ın Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəisi Elmar Mahmudov təyin olunub.
Qeyd edək ki, kadr dəyişikliyi ilə bağlı qərar "Azərişıq" rəhbərliyi tərəfindən verilib.
Fotoda Həbib Əzizov
