Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin tikintisi ilə əlaqədar ərazidən keçən magistral su kəmərinin yeri dəyişdiriləcək.
Oxu.Az xəbər verir ki, “Azərsu” ASC-dən verilən məlumata görə, bununla əlaqədar 20 may 2014-cü il tarixində saat 00:00-dan Bakının Qaradağ rayonunun Şıxlar və Qobustan qəsəbələrinə içməli suyun verilməsi 36 saat müddətinə dayandırılacaq. Bu müddətdə Qaradağ rayonunun Səngəçal, Səbail rayonunun Badamdar, Binəqədi rayonunun Xocasən və Biləcəri qəsəbələrinin bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.
Gülnarə Zeynalova
www.oxu.az