Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakı bulvarında dənizə yıxılan qadın xilas edildi
Bulvarda batma təhlükəsi ilə üzləşən qadın xilas edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində bir nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı-bulvarı" dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1988-ci il təvəllüdlü E.Şükürova dalğıclar tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib.
Həmin görüntüləri təqdim edirik:
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Xırdalanda yaşayış binasında dəhşətli PARTLAYIŞ: Yaralıların son durumu açıqlandı
- Masallıda fərdi yaşayış evində PARTLAYIŞ: Xəsarət alan var
- Sumqayıtda yanğın olub: Səkkiz nəfər bina sakini təxliyə edilib
- Azərbaycanda iki yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
- Ağdaşda evdən meyit aşkarlanıb
Rəylər