Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakı metropoliteni dəyişdirilmiş iş rejimində fəaliyyət göstərəcək
"Oktyabrın 24-də "Qarabağ" klubunun UEFA Avropa Liqasının Liqa mərhələsində keçirəcəyi qarşılaşma ilə əlaqədar Bakı metropoliteninin "Gənclik" stansiyası oyun ərəfəsində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək".
Oxu.Az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.
Bildirilib ki, paytaxtda təşkil olunan mədəni-kütləvi tədbirlərlə əlaqədar "Bakı Metropoliteni" QSC-nin əməliyyat planına əsasən, oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən "Gənclik" stansiyasına əlavə işçi qüvvəsi ayrılacaq:
"Matça olan tamaşaçı marağı, eləcə də sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, növbətçilik cədvəli əsasında ayrılacaq metropoliten əməkdaşları səmti daha rahat müəyyən etmək üçün sərnişinləri yönləndirəcək və texniki işləri icra edəcəklər.
"Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulub.
Gün ərzində qatarlar payız-qış qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək. Ehtiyac yaranacağı təqdirdə əlavə qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə olacaq.
Oyun başa çatdıqdan sonra qatarların hərəkəti "Gənclik" stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək".
"Bakı Metropoliteni QSC" teqi üzrə xəbərlər
- Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
- Bakı Metropoliteninin yeni rəisi kimdir? - DOSYE
- İlham Əliyev Zaur Hüseynovu vəzifəsindən AZAD ETDİ - Yeni TƏYİNAT
- Metronun "Sahil" stansiyasında eskalatorun hərəkəti DAYANDI: SIXLIQ YARANDI
- Bakıda inşa edilən yeni metro stansiyasının tikintisi dayandırıldı
Rəylər