Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Qurban Qurbanov: "Mən elə biri deyiləm ki, gecə klublarına gedən ətrafım olsun"
"Bəzən futbolçuların şikayətlənirlər ki, tələblər çoxdur".
Oxu.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində "Ayaks"la (Niderland) keçiriləcək matçdan öncə təşkil edilən mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis bildirib ki, komandasında istənilən futbolçuya qarşı tələbkardır:
"Ümumən klubda ən məsuliyyətli şəxs mənəm. Tələbkar olmağıma gəldikdə, bu, belə də olmalıdır. Biz onu elə bir formada edirik ki, futbolçu inciməsin. Düzünü desəm, mənim gecə klublarında olacaq qədər ətrafım yoxdur. İnanın ki, biz bəzən futbolçuların şikayətini eşidirik. Deyirlər ki, tələblər çoxdur. Ancaq müəyyən vaxt keçəndən sonra başa düşürlər ki, bizim istədiklərimiz onların yaxşılığı üçündür. Bu gün istənilən futbolçunu yoldan çıxarmaq asandır. Xüsusilə də uğurlu futbolçuları. Bu tələblər olmasa, uğurlu nəticə əldə etmək olmaz".
Qeyd edək ki, "Ayaks" və "Qarabağ"ın sabiq futbolçusu Raydel Pupon Niderland mətbuatına geniş müsahibəsində Qurban Qurbanovun tələbkarlığı barədə ətraflı danışıb. 37 yaşlı futbol veteranı mütəxəssisin oyunçularını daim nəzarətdə saxladığını, hətta onun gecə klublarında futbolçuları izləyən adamları olması haqda eşitdiyini də iddia edib.
Anar Həsənov
"Qurban Qurbanov" teqi üzrə xəbərlər
- "Qarabağ" ardıcıl dördüncü dəfə qış çempionluğunu elan edib
- Qurban Qurbanova Türkiyə və Avropa klublarından təklif gəlib - AÇIQLAMA
- Qurban Qurbanov Olavio Juninyonun "Sevilya"ya keçidi ilə bağlı xəbərlərə münasibət bildirib
- Qurban Qurbanov: "Qarabağ"a sevginin azalmasını istəmirəm"
- "Qarabağ" ən çox qol buraxan komandalar siyahısında qərarlaşıb
Rəylər