Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakı Metropoliteninin əməkdaşlarının maaşı niyə artırılmayıb? - RƏSMİ AÇIQLAMA
Azərbaycan Prezidentinin artıq ənənə halını alan hər il imzaladığı sərəncama uyğun olaraq yanvar ayından etibarən ölkədə müxtəlif peşə sahiblərinin əməkhaqqının artırılmasını müşahidə edirik. Artıq bu ilin yanvarından etibarən müxtəlif sahələrdə çalışan on minlərlə şəxsin maaşında artımlar verilməyə başlanılsa da, əldə etdiyimiz məlumata görə, Bakı Metropolitenində işçilərin maaş artımı hələ də ödənilməyib.
Sözügedən qurumun mətbuat katibi Bəxtiyar Məmmədov Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edib ki, Bakı Metropoliteni üçün işçilərin rifahı və əməyinin dəyərləndirilməsi prioritet məsələdir.
O qeyd edib ki, hazırda bu məqsədlərə uyğun əməkhaqqı fondunun təsdiqlənməsi ilə bağlı müzakirələr aparılır:
"Struktur islahatları çərçivəsində maliyyə və təşkilati məsələlərlə yanaşı, əməkhaqlarına yenidən baxılması da kompleks şəkildə nəzərdən keçirilir.
Həmin prosesin həyata keçirilməsi müəyyən zaman tələb edir və biz əməkdaşlarımızın bu mərhələni anlayışla qarşıladıqlarına inanır, onlara təşəkkürümüzü bildiririk".
Məhərrəm Əliyev
"Bakı Metropoliteni QSC" teqi üzrə xəbərlər
- Metronun "28 May" - "Nizami" stansiyaları arasında xüsusi avtobuslar fəaliyyət göstərə bilər
- Bakıda iki metro stansiyasını birləşdirəcək tunel tikintisində obyektlər SÖKÜLƏCƏK?
- İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
- "İçərişəhər" - "Həzi Aslanov" xətti üzrə qatarların hərəkətində dəyişiklik olacaq?
- "Nizami" metrosu "yaşıl" xətt üzrə son dayanacaq olacaq, ekspres avtobuslar işləyəcək - RƏSMİ