Bu gün saat 17 radələrində Bakı-Quba avtomobil yolunun 78-ci kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.
Məlumata görə, Quba istiqamətində hərəkətdə olan, 77-NH-723 dövlət qeydiyyat nişanlı "Mercedes" markalı yük avtomobilinin sürücüsü Natiq Nəsibov idarəetməni itirərək yoldan çıxıb. Nəticədə nəqliyyat vasitəsi beton konstruksiyalı ayırıcı səddə çırpılıb və deformasiyaya uğrayıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.
Məhərrəm Əliyev
Bakı-Quba avtomobil yolunda hərəkət edən yük maşını arakəsməyə çırpılıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə magistralın Xızı rayonundan keçən hissəsində qeydə alınıb.
İlkin məlumata əsasən, yük avtomobili idarəetmədən çıxaraq yolun beton arakəsməsinə çırpılıb.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.