"Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların fəaliyyətinin bərpası ilə bağlı işlərin qısa müddətdə bitməsi gözlənilir".
Oxu.Az xəbər verir ki, bunu Kürdəmir Dəmiryol Stansiyasının açılış mərasimində "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov deyib.
O, həmçinin "Dərnəgül" dayanacağının istifadəyə verilməsi ilə bağlı işlərin artıq yekunlaşdığını bildirib:
"Stansiyanın yaxın zamanda istifadəyə verilməsi gözlənilir".