Bakıda silahlı insident olub.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsindən bildiriblər.
Məlumata görə, hadisə bu gün saat 18.30 radələrində Yasamal rayonu Şərifzadə küçəsində, “Ağ Çiçəyim” şadlıq evinin yaxınlığında qeydə alınıb. Ərazidə atəş səslərinin eşidilməsi barədə polisə məlumat daxil olub. Dərhal əraziyə polis əməkdaşları çıxıb. Ərazidə olan şəxslərin ifadəsi alınıb.
Həmin ifadələr əsasında məlum olub ki, həmin ərazidə silah səsləri eşidiləndən sonra iki nəfər yaralı naməlum avtomobilə əyləşərək qaçıb.
Bildirilir ki, baş vermiş silahlı insident nəticəsində şəxsiyyəti hələlik məlum olmayan yaralananlardan biri belindən xəsarət alıb.
Yaralı insidentdən dәrhal sonra hadisə yerindən naməlum istiqamətdə uzaqlaşdırılıb. Prokurorluq әmәkdaşları hadisә yerini müayinә edirlәr. Pnevmatik tapançadan atәş açıldığı bildirilir. Yaxınlıqdakı mağazalarda atəş sәsləri eşidәn olmayıb.
Hazırda polis paytaxtın bütün xəstəxanalarında araşdırma aparır. Yaralılar tapılandan sonra hadisənin baş vermə səbəbləri aydın olacaq.
www.oxu.az