Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə əlaqədar paytaxt yollarındakı vəziyyətlə bağlı açıqlama yayıb.
BNA-nın mətbuat katibi Mais Ağayev bildirib ki, hazırda davam edən yağışla əlaqədar bəzi ərazilərdə su yığılması halları müşahidə olunur:
“Bu da, öz növbəsində, nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradır. Sürücülərə belə ərazilərdən keçərkən diqqətli olmalarını tövsiyə edirik”.
10:59
Bakıda yağan güclü yağış nəticəsində avtobusu su basıb.
Oxu.Az-ın müxbirinin məlumatına görə, “Baku Bus”ın 21 nömrəli müntəzəm avtobusunu Nobel prospektində su basıb.
Həmin görüntüləri təqdim edirik: