Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi 17-22 may tarixlərində Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində (məktəbəqədər və internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla) tədris və təlim-tərbiyə prosesinin təşkilində bəzi dəyişikliklər ediləcək.
Oxu.Az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.
Əmrə əsasən, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 may tarixləri əvəzinə) müəyyən ediləcək.
Bundan başqa, Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla, Bakı şəhərinin digər rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin V-XI siniflərində dərslər mayın 18-dən 22-dək distant (məsafədən) formada keçiriləcək.
Eyni zamanda Bakı şəhərində yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində də tədrisin mayın 18-dən 22-dək distant (məsafədən) formada təşkili əmrdə qeyd olunur.
WUF13 forumu ilə əlaqədar mayın 18-dən 22-dək bir sıra təhsil müəssisələrində dərslər distant formatda keçiriləcək, ibtidai sinif şagirdləri isə tətildə olacaq.
Bir sıra rayonlar istisna olmaqla, Bakı şəhərinin V-XI sinif şagirdləri mayın 18-dən 22-dək distant formada təhsil alacaq.
Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonlarının məktəblərində dərslər adi rejimdə davam edəcək.
Bəli, Bakıda yerləşən peşə, orta ixtisas və ali təhsil müəssisələrində də mayın 18-dən 22-dək distant təhsil təşkil ediləcək.
Məktəbəhazırlıq qrupları və ibtidai sinif şagirdləri üçün tətil elan edilib. Bu tətil 1-5 may tarixləri əvəzinə verilir.