Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bakıda bir sıra marşrut xətlərinin fəaliyyəti bərpa edilir
Sabahdan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bir sıra marşrut xətlərinin fəaliyyətini bərpa edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.
Məlumata görə, hərəkət sxemləri bərpa edilənlər 3, 5, 17, 18, 21, 30, 32, 36, 39, 49, 61, 88, 65, 77, 120, 125, 140, 149, 150, 160 və 141E nömrəli marşrutlardır.
Hərəkət sxemləri metronun "Ulduz" stansiyasına müvəqqəti təyin edilən 118A, 118B, 148, 173A və 173B nömrəli marşrutların fəaliyyəti Balaxanı yolu ilə təşkil ediləcək.
Mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi təmin olunacaq.
"COP29 zamanı nəqliyyatın hərəkəti" teqi üzrə xəbərlər
- AYNA: "COP29-un 4-cü günündə 52 mindən çox sərnişin daşınıb"
- AYNA: COP29-un ilk 3 günü ərzində 123 min sərnişin daşınıb
- Bakıda bir sıra marşrut xətlərinin fəaliyyəti BƏRPA EDİLDİ
- COP29 dövründə Bakı aeroportuna necə rahat çatmaq olar?
- COP29 ərəfəsində bölgələrdən Bakıya gələnlərin NƏZƏRİNƏ – İstiqamətlər DƏYİŞDİRİLDİ
Rəylər