Paytaxtın Nərimanov rayonunda Bakı sərnişin-Keşlə və Nərimanov-Böyükşor dəmir yolu xətləri arasında yerləşən, mühafizə zolağına aid torpaq sahələri zəbt edilərək qanunsuz tikinti işləri aparılıb.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi (torpaq sahəsindən qanunsuz istifadə və ya icarə hüququ olmadan özbaşına tikinti aparma) ilə cinayət işi başlanılıb.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.