Bakıda 23 yaşlı oğlan intihara cəhd edib.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.
Orada yaşayan 1993-cü il təvəllüdlü H. C. intihar məqsədilə yaşadığı evdə ülgüclə özü-özünün qarın nahiyəsinə xəsarət yetirib.
Yaralı 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az