Bakıda müşahidə olunan güclü külək nəticəsində iki ağac aşıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən (BŞYTB) məlumat verilib.
Bildirilib ki, güclü küləklə əlaqədar qurumun qaynar xəttinə iki müraciət daxil olub.
"Müşahidə olunan güclü külək nəticəsində iki ağac aşıb, bir neçə ağacın budaqları qırılıb. BŞYTB-nin əməkdaşları tərəfindən ağaclar ərazilərdən təmizlənib, sınan budaqlar götürülüb", - deyə məlumatda vurğulanıb.
Qaynar xətt:
(055) 224 12 12