Bakının Nərimanov rayonunda güclü yanğın böyük ərazini ağuşuna alıb.
Oxu.Az xəbər verir ki, hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, “Baksol” adlanan ərazidə güclü yanğın başlayıb. Yanğın artıq genişlənərək şam ağaclarına da keçib. Yaxınlıqda olan tikililər də yanğın təhlükəsi ilə üzləşib.
Yanğına kiminsə qurumuş ot-alaf olan əraziyə xırda kağız parçasını yandırıb atması səbəb olub. Əraziyə yanğınsöndürən maşınlar gələrək yanğının qarşısını almağa çalışır.
Yanğının yaxınlıqdakı yanacaq daşınan dəmir yolu xəttinə keçməsi təhlükəsi yaranıb.