Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda iki yaşlı körpənin ölüm səbəbi məlum oldu
Bakıda iki yaşlı körpə xəstəxanada ölüb.
Körpənin həkim nəzarətsizliyi səbəbindən öldüyü iddia olunub.
Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimi Fuad Dövlətov bildirib ki, yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarətlər alan 2022-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) iyunun 13-ü saat 22:00-da huşsuz vəziyyətdə xəstəxanaya hospitalizasiya olunub.
Reanimatoloji tədbirlərə baxmayaraq, azyaşlının iyunun 14-ü saat 02:30-da ölüm faktı qeydə alınıb.
"Xəstənin yaxınları iyunun 13-də axşam saatlarında xəstəxananın qəbul şöbəsində insident törədiblər", - həkim qeyd edib.
Ətraflı Baku TV-nin süjetində:
Respublika Neyrocərrahiyyə Xəstəxanasında iki yaşlı körpənin həkim nəzarətsizliyi nəticəsində öldüyü iddia olunur.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq.
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə yol-nəqliyyat hadisəsi zamanı körpənin xəsarət alması səbəbindən baş verib:
"Yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarətlər alan 2022-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) 13.06.2024-cü il tarixində saat 22:00-da huşsuz vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub. Vəziyyəti ağır qiymətləndirilən azyaşlı dərhal Reanimasiya şöbəsinə yerləşdirilib, instrumental müayinələr aparılıb və zəruri tibbi xidmətlər göstərilib.
Təəssüf ki, reanimatoloji tədbirlərə baxmayaraq, azyaşlının 14.06.2024-cü il tarixində saat 02:30-da posthemorragik şok, baş beynin ağır dərəcəli əzilməsi, kəskin ürək-qan dövranı, tənəffüs pozuntuları diaqnozları ilə ölüm faktı qeydə alınıb".
Əzizə İsmayılova