Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

NATO-nun müdafiə nazirləri Rusiyaya qarşı yeni məhdudiyyətlər barədə razılığa gəldilər
NATO-nun müdafiə nazirləri Rusiyaya qarşı yeni məhdudiyyətlər barədə razılığa gəliblər.
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə müdafiə nazirlikləri rəhbərlərinin görüşündən sonra keçirilən mətbuat konfransında məlumat verib.
"Bu gün nazirlər fərdi və kollektiv şəkildə tətbiq olunacaq bir sıra tədbirlər barədə razılığa gəldilər. Bunlar kəşfiyyat xidmətləri arasında mübadilələrin artırılması, mühüm infrastrukturun mühafizəsinin artırılması və Rusiya kəşfiyyatına qarşı məhdudiyyətlərin tətbiqidir", - deyə o bildirib.
NATO-nun müdafiə nazirləri həmçinin Ukraynaya silah tədarükünə nəzarətin alyansa verilməsi planı ilə bağlı da razılığa gəliblər və buna dair yekun qərar Vaşinqtonda keçiriləcək sammitdə veriləcək.
"Biz NATO-nun yardım və təlim proseslərini necə idarə edəcəyini müəyyən edən plan üzərində razılaşdıq. Bu, iyulda keçiriləcək sammitdə bu istiqamətdə səylər göstərməyə imkan verəcək", - deyə Yens Stoltenberq qeyd edib.
Onun sözlərinə görə, Ukraynaya silah tədarükünün koordinasiyası NATO-nun Visbadendəki strukturları tərəfindən həyata keçiriləcək.
Mənbə: TASS