BDU-nun yataqxanasının qarşısındakı yeni tikilinin yanında naməlum şəxs qaldırıcı qurğuya qalxaraq özünü oradan atacağı ilə ətrafdakı insanları hədələyib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, əvvəlcə binaya verilən elektrik kəsilib.
Nicat adlı Yasamal rayon sakini bu əməlini 2 aydır ki, işsiz olduğu üçün ailəsinə, hətta azyaşlı uşağına imkansızlıq ucbatından baxa bilməməsi ilə əsaslandırıb.
Bir qadın və bir kişidən ibarət psixoloq qrupu Nicatı yola gətirmək məqsədilə əvvəlcə tikintinin həyətində olan bütün əməkdaşları kənarlaşdırıblar.
Ancaq bu üsul da işə yaramadağından psixoloqlar Nicatı zarafatyana fikrindən daşındırmaq qərarına gəliblər. Beləliklə, təqribən saat yarımlıq danışıqlardan sonra o qaldırıcı qurğudan aşağı düşüb.
İsti çaya qonaq olan Nicatı hadisə yerinə gələn Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi Cahangir Qulamov sabah şəxsən qəbul edərək problemlərinin həllinə vasitəçilik edəcəyini bildirib və evinə yola salıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.