Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda küçədə atışma olub, ölən var
Ötən gün axşam saat 21:00 radələrində Bakının Nizami rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Nizami rayon Prokurorluğundan verilən məlumata görə, Məşədi Hilal Kazımov küçəsi 8 ünvanında, alqı-satqı ofisinin qarşısında, camaatın gözü qarşısında güllələnmə hadisəsi baş verib.
Belə ki, 1986-cı il təvəllüdlü Seymur Həmzə oğlu Məmmədov odlu silahdan atəş açaraq 1982-ci il təvəllüdlü Elçin Aftandil oğlu Fərəcovu güllələyib.
Açılan atəş nəticəsində Elçin Fərəcov ağır yaralanıb və Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.
Lakin həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
"Bakı" teqi üzrə xəbərlər
- Bakının iki rayonunda keçirilən əməliyyat zamanı 22 qumbara aşkarlandı
- Bakı küçələrindən rəngarəng reportaj: Novruz hazırlıqları necə gedir?
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək