Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda məşhur bazarın söküntüsü təxirə salındı
"Keşlə bazarı"nın söküntü işləri təxirə salınıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun "Koroğlu" stansiyasına qədər yeni avtomobil yolunun tikinti işləri həyata keçirilir.
Yeni yolun tikintisi ilə əlaqədar olaraq, tikinti altına düşən yaşayış və qeyri-yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri müəyyənləşdirilib və onların qiymətləndirilməsi işləri aparılıb.
Bu çərçivədə tikinti altına düşən obyektlərdən biri də "Keşlə bazarı" kimi tanınan ticarət mərkəzidir. Sözügedən bazarda fəaliyyət göstərən sahibkarların çoxsaylı müraciətləri nəzərə alınaraq, söküntü işlərinin başlanması 2025-ci ilin fevral ayının 1-nə qədər təxirə salınıb.
Baku TV məsələ ilə bağlı satıcıların fikirlərini öyrənmək üçün "Keşlə bazarı"nda olub.
"Müddət uzun olsaydı, daha yaxşı olardı. Fevralın 1-nə kimi uzadılması bizə sərf etmir. Bu camaat da yazıqdır, heç olmasa, aprelə kimi vaxt verərdilər", - deyə narazı satıcılardan biri bildirib.
Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisi işləri icra olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.
Yen yolun tikintisi ilə əlaqədar olaraq tikinti altına düşən yaşayış və qeyri yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanıb və tikinti altına düşən maneələrin qiymətləndirilməsi işləri yerinə yetirilib. Bu çərçivədə tikinti altında düşən yaşayış və qeyri yaşayış obyektlərinin, o cümlədən "Keşlə bazarı" kimi tanınan ticarət mərkəzinin də sökülməsi nəzərdə tutulur.
Sözügedən bazarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq bazarda söküntü işlərinin başlanılması 2025-ci ilin fevral ayının 1-nə qədər təxirə salınır.
Rəylər