Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür?
"Bakı şəhəri, Bayıl qəsəbəsi, Dağlıq küçəsi, 24 ünvanında yerləşən binanın qəzalı vəziyyətdə olması aidiyyəti qurumlar tərəfindən aparılmış ekspertizanın nəticəsində təsdiqlənib".
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq deyib.
O bildirib ki, həmin bina sıx tikilmiş fərdi yaşayış evləri zonasında yerləşdiyindən ərazidə yeni çoxmərtəbəli yaşayış binasının inşası mümkün deyil:
"Bu səbəbdən mövcud binanın sökülməsi və ərazinin abadlaşdırılması nəzərdə tutulur. Hazırda sözügedən ünvanda yerləşən 23 mənzildən artıq 22-si üzrə kompensasiya ödənilib, sakinlərin köçürülməsi prosesinə başlanılıb. Qalan bir mənzilə dair müvafiq sənədlər təqdim edildikdən sonra notarial qaydada razılaşma müqavilələrinin bağlanması və kompensasiyanın ödənilməsi həyata keçiriləcək".
Mətbuat katibi sonda qeyd edib ki, söküntüsü nəzərdə tutulan binalar üzrə işlərin icrası üçün müvafiq layihə sənədləri hazırlanacaq:
"Həmin sənədlərdə söküntü işlərinin aparılacağı ərazilərdə yerləşən digər tikililərin təhlükəsizliyinin təmin olunması əsas prinsiplərdən biri kimi nəzərə alınacaq".
Qeyd edək ki, sosial şəbəkədə Bayıl qəsəbəsi, Dağlıq küçəsi, 24 ünvanında yerləşən, Nobel qardaşları tərəfindən tikildiyi deyilən binanın sökülməsi və bununla bağlı kompensasiya məsələsində problem yarandığı barədə məlumat paylaşılmışdı.
Məhərrəm Əliyev
"Bakıda söküntü işləri" teqi üzrə xəbərlər
- "2700 manat təklif edib, bizi binadan çıxarmaq istəyirlər" - Bakıda dövlət adından söküntü aparılır?
- "Melissa Group"un vətəndaşın başına uçurduğu ev SÖKÜLÜR
- Bakının mərkəzində daha bir məşhur restoran sökülür
- Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür
- Ev almaq istəyən gənclərin NƏZƏRİNƏ: Mənzil bazarında ən sərfəli variantlar