Paytaxtın Xətai rayonunda mənzildə yıxılan ağırçəkili qadına müvafiq köməkliyin göstərilməsi Fövqəladə Hallar Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə müraciət olunub.
Bu barədə Oxu.Az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu göstərilən ünvana gələrək vətəndaşa müvafiq köməklik göstərib.