Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda qanunsuz quraşdırılan köşk söküldü
Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, 5-ci massiv, 21 nömrəli yaşayış binasının yaxınlığında özbaşına obyektin quraşdırılması ilə bağlı bəzi kütləvi informasiya vasitələrində məlumatlar yayılıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən Oxu.Az-a bildirilib ki, əraziyə baxış keçirilib.
Monitorinq nəticəsində müəyyən edilib ki, qeyd olunan ünvanda obyektin yerləşdirilməsi heç bir icazəverici sənəd olmadan həyata keçirilib.
Aşkarlanmış qanun pozuntusu ilə əlaqədar olaraq Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və aidiyyəti qurumlar tərəfindən həmin ərazidə quraşdırılmış köşkün sökülməsi və ərazidən çıxarılması təmin edilib.
"Bakıda söküntü işləri" teqi üzrə xəbərlər
- Alatavada qanunsuz söküntü ilə bağlı həbs edilən ekskavator sürücüsü azadlığa buraxıldı: İşə XİTAM VERİLDİ
- "2700 manat təklif edib, bizi binadan çıxarmaq istəyirlər" - Bakıda dövlət adından söküntü aparılır?
- "Melissa Group"un vətəndaşın başına uçurduğu ev SÖKÜLÜR
- Bakının mərkəzində daha bir məşhur restoran sökülür
- Xankəndi, Xocalı və Ağdərədə qanunsuz tikililər sökülür