Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda yanacaqdaşıyan yük avtomobili qəzaya uğrayıb - Partlayış təhlükəsi yaranıb
Bakı şəhəri, Nəsimi rayonu ərazisində yük avtomobili qəzaya uğrayıb, ətrafa dağılan yanacaq yanğın-partlayış təhlükəli yaradıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub:
"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Mercedes" markalı yük avtomobilinin idarəetməni itirərək tunelin divarına çırpılması nəticəsində yol-nəqliyyat qəzasının baş verdiyi və avtomobilin yanacaq çəninin zədələnməsi nəticəsində yanğın-partlayış təhlükəli vəziyyətin yarandığı müəyyən olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş müvafiq tədbirlər sayəsində təhlükə aradan qaldırılıb".

"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- FHN-dən Novruz çərşənbələrində yanğın təhlükəsizliyi ilə bağlı MÜRACİƏT
- Bakıda yaşayış binasında güclü yanğın olub
- Bakıda 10 mərtəbəli yaşayış evində partlayış olub, xəsarət alan var
- FHN Akademiyasında təhsil almaq istəyənlərə FÜRSƏT - Kursant qəbulu elan edilir
- Kəskin hava şəraiti ilə əlaqədar əhaliyə MÜRACİƏT