Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda yeni yaşayış binalarının tikintisinə başlanılır: 27 milyon manatlıq layihə
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində bir müddət əvvəl elan etdiyi beş ədəd çoxmənzilli yaşayış binasının tikintisi işlərinə başlayır.
Oxu.Az "Trend"ə istinadən xəbər verir ki, bununla bağlı agentlik müvafiq işlərə yekun vurub.
Qeyd edək ki, sözügedən işlər 2.31 hektar torpaq sahəsində inşa olunacaq, bununla yanaşı, mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işləri də həyata keçiriləcək.
MİDA qeyd olunan işlərin icrasını "Amal Group" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, MMC-yə 27.3 milyon manat ödənilib.
Qeyd edək ki, işlərin həvalə olunduğu "Amal Group" MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Orxan Asif oğlu İbrahimlidir.
"Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA)" teqi üzrə xəbərlər
- Sosial evlərlə bağlı dələduzluq edənlər HƏBS OLUNDULAR
- Evlərin qiyməti artmaqda davam edəcək: Bahalaşmanı şərtləndirən səbəblər
- Sumqayıt və Lənkəranda 544 güzəştli mənzil satılıb
- Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır
- Güzəştli mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ: İki şəhərdə satış başlayır