Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihələri olan 1-ci və 2-ci Yasamal Yaşayış Komplekslərində, habelə 2-ci Hövsan Yaşayış Kompleksində yerləşən, "MİDA" MMC-nin xüsusi mülkiyyətində olan ümumilikdə 13 qeyri-yaşayış obyekti və onlara aid zirzəmi sahələri "MİDA" MMC tərəfindən qanunvericiliyə uyğun olaraq hərrac vasitəsilə satışa çıxarılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə MİDA məlumat yayıb.
Bildirilib ki, sözügedən hərrac Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Hərracların Təşkili Mərkəzi tərəfindən keçiriləcək.