Bakının Qaradağ rayonunda zavodun ərazisində həcmi 18 ton olan bitum çəninin başlıq hissəsi və çənin üzərinə çəkilmiş şüşə-pambıq üzlük qismən yanıb.
Oxu.Az FHN-ə istinadən xəbər verir ki, çənin içərisində olan bitum və yaxınlıqda olan digər çənlər yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
S.B.
www.oxu.az