Bakının Qaradağ rayonunda zavodlardan birində güclü yanğın başlayıb.
Oxu.Az-ın BAKU.WS-ə istinadən verdiyi məlumata görə, yanğın “İnter Glass” şüşə qablarının istehsalı zavodunda baş verib.
Qaradağ rayonu ərazisində yanğın hadisəsinin baş verdiyi Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiqlənib.
FHN-nin mətubat xidmətindən bildirilib ki, Qaradağ Dövlət yanğından Mühafizə Xidmətinə həmin ərazidə yanğın hadisəsinin baş verdiyi barədə məlumat daxil olub. Hadisə yerinə yanğınsöndürən briqadalar yollanıb.
İ.F.