Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakının bəzi hissəsində işıq olmayıb
Ötən gün güclü külək nəticəsində Bakının bəzi ərazilərdə elektrik enerjisinin verilişində problem yaranıb.
Oxu.Az-ın məlumatına görə, şəhərin Nərimanov, Əhmədli, Masazır ərazisində elektrik enerjisinin verilişində fasilələr olub.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Oxu.Az-a bildirib ki, dünən bir ərazidə problem olub:
“Abşeron rayonu, Masazır qəsəbəsi Qurtuluş ərazisində elektrik enerjisinin verilməsində problem yaranıb. Əraziyə verilən enerji oranın balansındadır. Bizim əməkdaşlar tərəfindən qəza yeri müəyyənləşdi. Gecə 23:00-da elektrik enerjisi bərpa edilib”.
Tanrıverdi Mustafayev qeyd edib ki, dünən maşın elektrik dirəyinin birini aşırıb:
“Digər üç elektrik dirəyini isə külək aşırıb, ərazi üzrə əməkdaşlar problemi həll edib”.
“Azərenerji” ASC-dən isə Oxu.Az-a bildirilib ki, güclü küləyə görə ASC-nin stansiya, yarımstansiya və yüksək gərginlikli ötürmə xətlərində heç bir açılma və qəza halı baş verməyib:
“Hava şəraiti ilə əlaqədar olaraq 17 yanvar tarixində “Azərenerji” ASC-nin mərkəzi aparatı və bütün müəssisələri enerji sistemində qəza hallarının baş verməməsi və yarana biləcək hər hansı qəza hallarının aradan qaldırılması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirib”.
İlhamə Əbülfət
Rəylər