Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sabunçu “ASAN xidmət” mərkəzi mart ayında açılacaq.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, Sabunçu rayon İcra Hakimiyyətindən (RİH) alınnan məlumata görə, Sabunçu “ASAN xidmət” Mərkəzinin inzibati binası Bakıxanov qəsəbəsi Sülh küçəsi 35 saylı binanın qarşısındadır.
Sabunçu RİH həmçinin, binanın fotoşəklini də təqdim edib.