Təmir işləri ilə əlaqədar Bakı Dairəvi yolunda hərəkət məhdudlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a bildirdiyinə görə, yolda hərəkət mayın 26-sı saat 00:00-dan qismən məhdudlaşdırılacaq.
Sürücülərə həmin istiqamətlərə gedərkən diqqətli olmaq və alternativ yolları seçmək tövsiyə edilir.