Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə bir nəfərin Bakı şəhərinin Nərimanov rayonu, Azadlıq prospekti 116 ünvanında yerləşən doqquzmərtəbəli binanın eyvanından ətrafa əşyalar atması barədə məlumat daxil olub.
Qurumdan Oxu.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb edilib.
Xilasedicilər tərəfindən əməliyyat şəraitinə uyğun olaraq binanın ətrafında təhlükəsizlik tədbirləri görüldükdən sonra, müvafiq vasitələrin köməyi ilə mənzilin qapısı açılıb və ev əşyalarını ətrafa ataraq təhlükə yaradan vətəndaş, 1983-cü il təvəllüdlü Nazilə Tahir qızı Bədirova hadisə yerində olan aidiyyəti qurumların əməkdaşlarına təhvil verilib.
Bakının mərkəzində həyəcanlı anlar yaşadan qadınla bağlı RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO