Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakının mərkəzində mikroavtobusdakı sərnişinin "silah şousu"nun DETALLARI
Sosial şəbəkələrdə paytaxt ərazisində hərəkətdə olan avtomobildə olan sərnişinin əlindəki tapançanı ətrafa yönəltməsinini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Daxili İşlər Nazilriyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, həmin avtomobilin sürücüsü və sərnişini müəyyən edilib. Şirkətlərdən birində kuryer kimi çalışan 2002-ci il təvəllüdlü şəxs və sürücü müəyyən olunaraq polis idarəsinə gətirilib. Məlum olub ki, onun avtomobildən ətrafa yönəltdiyi odlu silaha bənzəyən tapança oyuncaqdır. O, izahatında oyuncağı əyləncə məqsədilə ətrafa yönəltdiyini və bu əməlinə görə peşman olduğunu bildirib.
Qanunvericiliyə uyğun olaraq onlar barəsində müvafiq tədbirlər görülür.

Bakı şəhərinin mərkəzində hərəkət zamanı mikroavtobusun qapısını açıb qeyri-adekvat "şou" göstərən sərnişinlə bağlı məsələ polis tərəfindən araşdırılır.
Oxu.Az-a bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, faktla bağlı araşdırma gedir və ictimaiyyətə nəticələri ilə bağlı əlavə məlumat veriləcək.
Bakı şəhərinin mərkəzində hərəkət zamanı mikroavtobusun qapısını açıb qeyri-adekvat "şou" göstərən sərnişin ətrafdakı insanların narahatlığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
Belə ki, şəhərin mərkəzində "Ford Tranzit" markalı 07-BH-637 dövlət nömrə nişanlı mikroavtobusda hərəkət zamanı sərnişin nəqliyyat vasitəsinin qapısını açaraq əlindəki "silah"ı sağa-sola tuşlayıb. Onun hansı səbəbdən belə bir hərəkət etdiyi və əlindəki "silah"ın həqiqi, yaxud oyuncaq olduğu məlum deyil.
Əzizə İsmayılova
"Qanunsuz saxlanılan odlu silah-sursat" teqi üzrə xəbərlər
- Şamaxıda yaşadığı evdə avtomat gizlədən şəxs tutulub
- Balakəndə narkotik əməliyyatı: Polis 33 kiloqram heroin və marixuana aşkarladı
- Bakıda küçədə 24 yaşlı oğlanı silahla qətlə yetirməkdə təqsirləndirilən hərbçiyə hökm oxunub
- Qulluq mövqeyindən istifadə edərək qanunsuz silah satan və daşıyanlar məsuliyyətə cəlb olunacaqlar
- Media və sosial şəbəkə vasitəsilə qanunsuz silah satanlar 10 ilədək həbs oluna bilərlər