Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakının mərkəzində qadın vəhşicəsinə döyüldü: Hadisə yerindən GÖRÜNTÜLƏR
Bakıda şəhərin mərkəzində bir xanım oğlan tərəfindən döyülüb.
Oxu.Az xəbər verir ki, hadisəyə dair görüntülər sosial şəbəkələrdə yayılıb.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə paytaxtın Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində baş verib:
"Kişi və qadın arasında şəxsi münasibətlər zəminində yaranan mübahisəni özündə əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Hadisənin iştirakçısı olan 1989-cu il təvəllüdlü Coşqun Sadiqov və onun mübahisə etdiyi qadın müəyyən olunaraq polis bölməsinə gətiriliblər.
Görüntülərdəki qadın izahatında C.Sadiqovdan şikayət etmədiyini və ona qarşı heç bir tələbinin olmadığını bildirib.
C.Sadiqov əməlində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tərkib hissəsi olduğundan barəsində protokol tərtib olunaraq aidiyyəti üzrə göndərilib".
Əzizə İsmayılova
"Qadınlara qarşı zorakılıq" teqi üzrə xəbərlər
- Diddi Kanye Uestlə telefon danışığında təhlükə barədə xəbərdarlıq etdi
- İcma: "Ermənistan qalan digər məsələlər üzrə də öz üzərinə düşəni etməlidir"
- Kişi "Wi-Fi"yi söndürmək üstündə keçmiş arvadını döydü - HÖKM
- Kaluqada oğul pul verməyən anasını yandırdı
- Abbas Abbasov BMT-də Fransanın müstəmləkəçilik ərazilərindəki uşaqlara zorakılıqdan danışıb