Bakının 20 saylı məktəb-liseyinin direktoru Sabir Məmişev tutduğu vəzifədən azad edilib.
Bu barədə Oxu.Az Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, mətbuat xidmətindən Sabir Məmişevin 9 dekabr 2013-cü ildə vəzifəsini tərk etdiyini bildiriblər.
Qeyd edək ki, məktəb direktorunun işdən çıxarılması barədə xəbər bəzi mətbu orqanlarda bir neçə gün əvvəl yayılmışdı.
Direktorun işdən nə üçün çıxarıldığı açıqlanmır.
Elvin Əhmədov
www.oxu.az