Sabunçu rayonu Balaxanı qəsəbəsində yaşayış evlərinin yaxınlığında yerləşən qəzalı elektrik dirəyi ilə bağlı problem öz həllini tapacaq.
Bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəliyindən bildirilib.
Qeyd edilib ki, hazırda aidiyyəti qurumların səyləri nəticəsində məsələ yaxın zamanda öz müsbət həllini tapacaq.
13:42
Sabunçu rayonu Balaxanı qəsəbəsində yaşayış evlərinin yaxınlığında yerləşən qəzalı elektrik dirəyi “Azərişıq” ASC-yə məxsus deyil.
Bununla bağlı Oxu.Az-a qurumdan məlumat verilib.
Qeyd edilib ki, sakinlərin narazılığına səbəb olan elektrik dirəyi qeyri-əhali kateqoriyasında olan müəssisənin elektriklə təminatını həyata keçirir və “Azərişığ”a məxsus deyil.
11:18
Bakının Sabunçu rayonu Balaxanı qəsəbəsində qəzalı işıq dirəyi təhlükə saçır.
Bununla bağlı Oxu.Az-a qəsəbə sakinləri müraciət ediblər. Sakinlər qeyd ediblər ki, Rahib Qədimov, 17A ünvanında işıq dirəyi betonla yerə bərkidilsə də, ciddi zərər görüb. Həmçinin dirəyin dayaqlarından biri ortadan sınıb və hər an aşa bilər.
Yaşayış evlərinin bir addımlığında yerləşən işıq dirəyi ciddi təhlükə mənbəyinə çevrilib.
Qəsəbə sakinlərinin redaksiyamıza göndərdiyi fotoları təqdim edirik:
Aysel Aslan, İlhamə Əbülfət
Rəylər