Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Balıq tutmağa gedərkən yoxa çıxan altı yaşlı uşağın meyiti tapıldı
Ağdaşda azyaşlı su kanalında batıb.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə Ağdaş şəhərində bir nəfər azyaşlının su kanalında batması barədə məlumat daxil olub.
Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən kanalda batmış 2018-ci il təvəllüdlü Adəm İsfəndiyar oğlu Musayevin meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, A.Musayev Ləki kanalına balıq tutmağa gedib və daha sonra yoxa çıxıb.
Ağdaş rayonunda balıq tutmağa gedərkən itkin düşən 6 yaşlı Adəm Musayevin axtarışları aparılır.
Bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilir ki, axtarış işlərinə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, azyaşlının kanalda batması ehtimal edilir, bu səbəbdən axtarış işləri suda aparılır.
Ağdaş rayonunda azyaşlı itkin düşüb.
"Qafqazinfo" xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 241-ci kilometrliyi yaxınlığında baş verib.
Həmin ərazidəki Ləki kanalına balıq tutmağa gedən 2018-ci il təvəllüdlü Adəm Musayev geri qayıtmayıb.
Yaxınları bildirib ki, Adəm günorta saatlarında itkin düşüb.
Müraciətlə bağlı araşdırma aparılır.

"İtkin düşmüş şəxslər" teqi üzrə xəbərlər
- Yeddi gündür itkin düşən Reyhanın anası: "Yazışdığı adamlar var idi"
- Yoxa çıxan qızı atası 9-cu sinifdən məktəbdən çıxarıbmış - Leysan olan gün evdən qaçıblar
- Şəhid qardaşı: "Onu sonuncu dəfə 1992-ci ildə görmüşdüm"
- Boden gölünün dəhşətli sirləri: Dayazlaşma 100-dən çox insanla bağlı qorxunc tapıntılara səbəb oldu
- İtkin düşən üçüncü sinif şagirdi tapıldı