Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Baş Dövlət Yol Polisi İdarəsindən dumanlı hava ilə bağlı XƏBƏRDARLIQ
"Ötən gündən başlayaraq müşahidə olunan dumanlı hava şəraiti martın 14-dək davam edəcək. Dumanlı hava fəsil üçün xarakterik atmosfer hadisəsi olsa da, məhdudiyyətli görünməyə səbəb olmaqla əlverişsiz hesab edilir və ağırlıq dərəcəsi yüksək olan, o cümlədən zəncirvari toqquşma hadisələrinin başvermə ehtimalını əhəmiyyətli dərəcədə artırır".
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, bu xüsusda dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, təəssüf ki, bir sıra hallarda sürücülər tərəfindən mövcud hava şəraitinin düzgün qiymətləndirilməməsi, verilən tövsiyələrə əməl olunmaması sonda xoşagəlməz nəticələrə gətirib çıxarır:
"BDYPİ bir daha sürücülərə müraciət edərək, onları xüsusilə respublika əhəmiyyətli avtomobil yollarında sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, daha çox ara məsafəsi saxlamağa, nəqliyyat vasitələrinin sazlığını, xüsusilə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasını nəzarətdə saxlamağa, manevr, ötmə, dayanma, durma, parklanma zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır".
"Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)" teqi üzrə xəbərlər
- Bir çox avtomobil nömrələrini RADARLAR SƏHV "GÖRÜR": Ölkəyə yeni nömrəoxuyan cihazlar gətiriləcək?
- Qaydaları heçə sayaraq sürətlə "qırmızı"da keçib dəhşətli qəzaya səbəb oldu - ANBAAN VİDEO
- Sumqayıt-Bakı yolunda yük maşınının iştirakı ilə dəhşətli qəza - ANBAAN VİDEO
- Paytaxt sakininə özünə məxsus olmayan avtomobilin cərimələri gəlir - İDDİA
- BDYPİ paytaxtdan Quba istiqamətində gedən sürücülərə xəbərdarlıq edib