Azərbaycanda Qurban bayramı günlərində baş verən yol qəzalarının statistikası açıqlanıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Oxu,Az-a verilən məlumata görə, oktyabrın 4-dən 7-dək olan müddətdə respublikanın avtomobil yollarında 46 yol-nəqliyyat hadisəsi baş verib.
Nəticədə 8 nəfər ölüb, 55 nəfər isə müxtəlif xəsarətlər alıb.