Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Beş paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə göstərib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin beş şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib.
Bu barədə Oxu.Az-a BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, martın 9-da keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 313 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Fərid Mehdiyev, 263 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Fatimə Abbaslı, 138 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Nuray Sadıqzadə, 204 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Müzəffər Qoşqarov, 89 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Aişə Bağırova 300 bal toplayıblar.
Qeyd edək ki, buraxılış imtahanında şagirdlərə tədris dili fənnindən 10 yazılı cavab tələb edən açıq və 20 qapalı, riyaziyyat fənnindən 7 yazılı cavab tələb edən açıq, 5 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 7 yazılı cavab tələb edən açıq və 23 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub. Bu mərhələdə fənlərin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.
"Buraxılış imtahanları" teqi üzrə xəbərlər
- DİM imtahan iştirakçılarına müraciət etdi
- IX sinif buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?
- Xankəndidə ilk dəfə qəbul imtahanı keçiriləcək
- Azərbaycanda ümumi orta təhsil səviyyəsi üzrə imtahanlar keçirilib
- Bu gün 27 mindən çox şagird imtahan verib: Bir nəfərdə "ağıllı" saat aşkarlanıb