Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Hesablama Palatası güzəştli ipoteka kreditlərinin verilməsində nöqsanlar aşkarlayıb
Hesablama Palatası (HP) İpoteka vә Kredit Zәmanәt Fondunda (İKZF) güzəştli ipoteka kreditlərinin verilməsində bəzi nöqsanlar aşkarlayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, güzәştli ipoteka kreditlәrinin verilmәsindәn geri qaytarılan vәsait tam olaraq tәkrar maliyyәlәşdirmәyә yönәldilmәyib, bir hissәsi ipoteka örtüyü ilә tәmin edilmiş ipoteka istiqrazlarının bağlanmasına vә digәr istiqamәtlәrә yönәldilib.
"2009-2023-cü illәr әrzindә ümumilikdә 185.5 milyon manat vәsait daxil olub ki, onun da 44,4 milyon manatı güzәştli ipoteka kreditlәrinin yenidәn maliyyәlәşdirilmәsinә, 129.4 milyon manatı fondun emissiya etdiyi ipoteka istiqrazlarının ödәnişinә yönәldilib, 11.7 milyon manatı isә hesablaşma hesabının qalığında qalıb. Fondun Nizamnamәsinә әsasәn, fәaliyyәtinin әsas mәqsәdi ölkә әhalisinin yaşayış sahәsi ilә tәmin edilmәsi olsa da, 2023-cü ildә verilmiş ipoteka kreditlәrinin әksәriyyәti Bakı şәhәrindә cәmlәnib, regionlarda eyni mәqsәdlә hәyata keçirilәn fәaliyyәtin yetәrincә genişlәnmәdiyi müşahidә edilib".
Palata qeyd edib ki, dövlәt büdcәsindәn Mәnzil İnşaatı Dövlәt Agentliyinin (MİDA) sәrәncamında olan mәnzillәrin güzәştli ipoteka kreditlәri vasitәsilә satışını dәstәklәmәk üçün ayrılmış vәsait tam istifadә edilmәyib, qalıq vәsait fond tәrәfindәn digәr likvid aktivlәrin alınmasına yönәldilib. Belә ki, 25.4 milyon manat vәsait fondun istiqrazlarının geri alınması üçün istifadә edilib. Dövlәt büdcәsindәn subsidiya üçün ayrılmış vәsaitin öhdәlik kimi 3 il qәbul edilmәsi vә proqnozlaşmanın tam әsaslı olmaması ayrılmış vәsaitin bir hissәsinin fondun hesabında qalmasına şәrait yaradıb.
"Maliyyə pozuntuları" teqi üzrə xəbərlər
- Hesablama Palatası: "DSMF-nin gəlir və xərclərinin icrasında uyğunsuzluqlar var"
- Hesablama Palatası: "Kliniki Tibbi Mərkəzin xərclərində əsaslandırılmamış məbləğlər olub"
- Hesablama Palatası: "İçərişəhər"də büdcə vəsaitləri qanunsuz xərclənib"
- Hesablama Palatası: "Yüzmilyonlarla manatlıq maliyyə pozuntuları aşkarlanıb"
- HP sədri: "Ötən il 52 milyon manatlıq maliyyə pozuntusunun aradan qaldırılması üçün təklif verilib"