İctimai fəal Bəxtiyar Hacıyevin Azərbaycandan çıxışına qadağa qoyulub.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, bu barədə o, özünün feysbuk səhifəsində yazıb.
B.Hacıyevin sözlərinə görə, ölkədən çıxışına qadağa qoyulub və onu hava limanından buraxmayıblar:
“ATƏT-in illik toplantısında iştirak üçün Varşavaya gedirdim. Qadağanın kim tərəfindən və hansı əsasla qoyulduğu deyilmir”.
E.Ə.
www.oxu.az