Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Bəzi şəxslər Qarabağa səyahət zamanı postdan buraxılmırlar
Kredit və aliment gecikməsinə görə axtarışda olan şəxslər Qarabağa səyahət zamanı postdan buraxılmırlar.
Xezerxeber.az-ın məlumatına görə, belə bir xəbərdarlıq Qarabağa tur təşkil edən əksər şirkətlərdə qeyd olunub. Hətta bildirilib ki, həmin şəxs postdan buraxılmadığı təqdirdə etdiyi ödəniş geri qaytarılmayacaq.
Turizm üzrə ekspert və tur təşkilatçısı Fariz Bəşirov bildirib ki, bəzi vətəndaşlar axtarışda olduqlarına rəğmən, turlara qoşulurlar və posta çatanda isə polis əməkdaşları tərəfindən saxlanıldıqda birbaşa tur şirkətini günahlandırırlar. Bu səbəbdən də Qarabağa təşkil olunan turlarda bu xəbərdarlığı qeyd etmək şərt olub.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyindən (DİN) bildirilib ki, axtarışda olan şəxs məkanından asılı olmayaraq polis əməkdaşı tərəfindən aşkarlanırsa, axtarışa verildiyi rayon üzrə təhvil verilir.
Nurlan Əliyev əlavə edib ki, axtarışda olan şəxs turla və ya tək getməsindən asılı olmayaraq, nəzarət keçid məntəqələrində saxlanılaraq aidiyyəti üzrə təhvil verilir.
Ətraflı süjetdə:
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakının mərkəzində külli miqdarda PUL TAPILDI - Sahibinin adı AÇIQLANDI
- Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi ENDİRİLDİ
- Paytaxtın mərkəzi küçəsində QƏZA: İşıqfor zədələndi
- Rüsvayedici xəbərlər yayıb, silinməsi üçün pul tələb edən sayt rəhbərinə hökm oxundu
- Ard-arda iki qəza Bakıda sıxlığa SƏBƏB OLDU
Rəylər