Biləsuvar rayonunda 4 yaşlı uşağın ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib.
Oxu.Az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Zəhmətabad kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı 2013-cü il təvəllüdlü Yağmur Mahir qızı Abbasovanın yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
A.S.
www.oxu.az