Fövqəladə Hallar Nazirliyi “Binə” ticarət mərkəzində yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu “Binə” ticarət mərkəzində yanğın hadisəsi baş verib.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən və xilasediciləri cəlb olunub.
Hal hazırda yanğın məhdudlaşdırılıb, yanğının söndürülməsi üzrə işlər davam etdirilir .
21:45
Yanğın baş verәn Binә ticarәt mәrkәzindә yaranmış vәziyyәtdәn oğurluq üçün istifadә cәhdlәri də baş verir.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, mağaza sahiblәri malları xilas etmək məqsədilə yanğının davam etdiyi sıraya daxil olmağa çalışırlar. Lakin tәhlükәsizlik baxımından onların içәri girmәsinә imkan verilmir.
Tez-tez vәtәndaşlarla polis әmәkdaşları arasında mübahisәlәr yaranır.
Yanğın baş verәn "Binә" ticarәt mәrkәzindә yaranmış vәziyyәtdәn oğurluq üçün istifadә cәhdlәri də baş verir. Qaradağ Rayon Polis İdarәsinin rәisi İntiqam Mirsalayevin APA-ya verdiyi mәlumata görә, artıq bir nәfәr saxlanılıb.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev hadisə yerinə gəlib.
21:30
Oxu.Az APA-ya istinadən xəbər verir ki, güclü yanğın ticarət mərkəzinin 5-ci sırasındaki ikimərtəbəli ticərət cərgəsini əhatə edib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin çoxlu sayda canlı qüvvə və texnikası cəlb olunub. Məlumata görə, Mülki Müdafiә Qoşunlarının әsgәrlәri vә polis әmәkdaşları canlı sәdd yaradaraq, insanların tәhlükәli əraziyə yaxınlaşmasına imkan vermir.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
21:10
“Binə” Ticarət Mərkəzində güclü yanğın baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, hadisə yerinə çoxlu sayda canlı qüvvə və texnika cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.