Azərbaycan publisistikasının müasir tarixində növbəti, yetərincə ciddi bir hadisə baş verib – Azərbaycan Respublikasının Ali Məhkəməsi “Yeni Müsavat” qəzetinin “Garant Holding”in təsisçisi Anar Məmmədovun daha öncə bu nəşrə qarşı irəli sürdüyü iddiaya dair kassasiya şikayətini təmin etməyib. Daha doğrusu, Ali Məhkəmə “Yeni Müsavat” qəzetinin Bakı Apelyasiya Məhkəməsinin qəbul etdiyi qərara dair kassasiya şikayətini təmin etməyib, amma bununla işin məğzi dəyişmir, belə ki, qarşıdurma qəzet və adıçəkilən şəxs arasında gedir.
Nəyə görə bu məsələyə tarixi zəmində yanaşılmalıdır? Gəlin, KİV-in adını götürək və onu sadəcə N qəzeti, Anar Məmmədovu isə olduğu kimi, adi iddiaçı adlandıraq. Adsız və sərlövhəsiz, çünki cari hadisədə yetərincə böyük oxucu kütləsi olan qəzetin həqiqətə uyğun olmayan informasiyanı yayması faktının özü mühümdür. Daha doğrusu, yayırdı. Belə ki, bunu mütəmadi şəkildə edirdi. Konkret insana ünvanlanan materiallar qəzetin 3 iyul 2010-cu il, 21 iyul 2010-cu il, 5 avqust 2010-cu il, 14 sentyabr 2010-cu il, 15 sentyabr 2010-cu il və 20 iyun 2011-ci il nömrələrində dərc edilib. Qəsdən edilir sanki. Sizcə?
Təbii ki, özünə hörmət edən şəxs kütləvi informasiya vasitələri tərəfindən belə mütəmadi təqiblərə reaksiya verməlidir. Belə hücumlardan yeganə (mümkün, sivil, əlçatan - istədiyinizi seçə bilərsiniz) vasitə məhkəmələr olduğu üçün, N qəzetinə qarşı müvafiq iddia Yasamal rayon Məhkəməsinə təqdim edilir. Təbii ki, qəzet özünü müdafiə etməyə cəhd etdi və apelyasiya məhkəmələrinə başladı, bu işdə son nöqtəni Azərbaycan Respublikasının Ali Məhkəməsi qoydu. Beləliklə, nəticədə N qəzeti zərərçəkənə müəyyən məbləğdə pul ödəməlidir. Bu məbləğin isə Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən qocalar üçün Psixonevroloji internatın hesabına keçiriləcəyi əvvəlcədən elan edilmişdi.
Aydındır ki, bütün bu məhkəmələr nəşrin cərimə edilməsi üçün qurulmamışdı. Məsələ, nüfuz məsələsi idi. Prinsip məsələsi necə deyərlər, bu isə tamamən məntiqə uyğundur. Çünki kütləvi informasiya vasitələri tərəfindən bu qəbildən olan mənəvi zərər və işgüzar imicin yerlə-yeksan olmasına istiqamətlənmiş təqibə məruz qalsaydıq, bizim adi Azərbaycan vətəndaşlarının nə dərəcədə belə məqsədyönlü davrana biləcəyimiz bəlli deyil.
Diqqət etdinizsə, işin məğzinə, bu tufanın nədən başlamasına toxunmuruq. Çünki səbəb o qədər gülməlidir ki, təkrar etməyə dəyməz. Qısacası... Kim isə xaricdə, dəqiq desək qardaş Türkiyədə Anar Məmmədov haqqında yalan bir informasiya dərc edir, “Yeni Müsavat” qəzeti də bu informasiyanın ucundan tutub ucuzluğa gedir. Yəni sadəcə yenidən dərc etməklə qalmır, inadla internet portalında materiallar seriyası yerləşdirir, bax elə bunlar da məhkəmə tərəfindən yalan kimi qiymətləndirildi. Maraqlısı isə odur ki, ilkin mənbə kimi istinad edilən türk mənbəsi məsələnin məğzini aydınlaşdırıb, həqiqətə uyğun olmadığını görüb bu informasiyadan etiraz etsə də konkret insanın təqibi hələ də davam edirdi. “Yeni Müsavat”ın Anar Məmmədovun şəxsiyyətinə, bu qeyri-sağlam münasibətini nə ilə izah etmək olar?
Bəli, o, sadə adam deyil. Belə ki, “Garant Holding”in təsisçisidir. Yəni, bu istənilən Azərbaycan KİV-ni siyasi istiqamətindən asılı olmayaraq insanı ləkələməyə icazə verir? Nəyə görə bizim qəzetlərin səhifələrində bu holdinqin neçə iş yeri yaratdığı barədə məqalə dərc edilmir? Nəyə görə onun bazarda hansı pillədə olduğu və qarşılaşdığı problemlərdən danışılmır? Nəyə görə əksər insanlar ağıllı və uğurlu insanların hansısa qalmaqalda yalandan belə adı keçdiyini gördükdə sevincdən göyün yeddinci qatına qalxırlar?
Heç kim mübahisə etmir, bacarırlar. Amma əgər söhbət yalandan gedirsə, niyə bizim KİV konkret xarici KİV-in bizim iş adamımızın adını ləkələməsinə dair araşdırma aparmır? Axı, nəyə görəsə türk KİV-də bu yalan meydana çıxdı, deməli, kiməsə lazım idi. Kimə? Bu bizə maraqlıdır? Əlbəttə, yox. Biz kimin isə KİV-dən məhkəmə yolu ilə təzminat alaraq Buzovna qəsəbəsində yaşlı adamlar üçün Psixonevroloji internat evinə verməsinə inanmaqdansa, böyük həvəslə Afrikada hansısa çolağın, hansısa kora sillə vurması barədə informasiyaya inanırıq.
Yeri gəlmişkən, bu internat evində yaşayanlar haqqında bir neçə söz deyim. İnsana hər gün qəzet səhifələrindən yalan təqdim edilərsə, insan ağlını itirə bilərmi? Əgər bu mümkündürsə, deməli “Yeni Müsavat”dan məhkəmə yolu ilə alınan bu məbləğ yalan qəzet informasiyasından əziyyət çəkən insanların həyatını yüngülləşdirməyə sərf ediləcək...
Dünyamalı Nurşərəf
www.oxu.az