2012-ci ilin məlumatlarına görə, Azərbaycanda hər 1000 nəfər arasında boşanma göstəricisi 1,2 faizdir. Bu isə aşağı göstəricidir.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, BMT-nin İnsan Hüquqları Ali Komissarlığının saytına istinadən verdiyi məlumata görə, bu, BMT-nin qadınlara qarşı zorakılıq, onun səbəbləri və nəticələri üzrə xüsusi məruzəçisi Rəşidə Manjunun Azərbaycana ötən il 26 noyabr - 5 dekabrda etdiyi səfərinin yekunlarına dair ilkin hesabatında açıqlanıb.
Hesabatda qeyd edilib ki, Azərbaycanda erkən nikahların baş verməsinin əsas səbəbləri valideynlərin öz qızlarının gələcəyi barədə narahatlığının olması, mövcud adət-ənənələr və qızların özlərinin ailə qurmaq istəyidir.
Erkən nikahların baş verməsinin səbəbləri sırasında sonuncu yeri ailənin iqtisadi vəziyyəti tutur. Rəşidə Manju hesabatında bildirib ki, 2012-2013-cü illərdə universitet tələbələrinin 50 faizi qızlar olub.(Trend)